Nokia Lumia 630 - Microsoft hesabından istifadə etməklə məzmunu ötürün

background image

Microsoft hesabından istifadə etməklə məzmunu ötürün
Əgər köhnə telefonunuz Windows Phone-dursa, əlaqələr, təqvim və mətn mesajlarını yeni

Lumia telefonunuz ötürməyin ən asan üsulu Microsoft hesabıdır.
Yeni Lumia telefonunuzda hələ Microsoft hesabı qurulmayıbsa, başlama ekranında ekranın

yuxarısından aşağı çəkin, Bütün parametrlər > E-poçt+Hesablar > Hesab əlavə edin vurun

və ekranda göstərilən təlimatlara əməl etməklə Microsoft hesabı yaradın.
1. Microsoft hesabında nəyin nüsxəsini çıxartmaq istədiyinizi seçmək üçün əvvəlki Windows

Phone cihazında Parametrlər > Ehtiyat nüsxə vurun.
Əlaqələriniz və təqviminizin Microsoft hesabında avtomatik olaraq nüsxəsi çıxarılır.
2. Yeni Lumia telefonunuzda Microsoft hesabınıza daxil olun. Əlaqələriniz, təqvim və mətn

mesajlarınız avtomatik olaraq yeni Lumia telefonunuza ötürülür.