Nokia Lumia 630 - Yeni oyunlar al

background image

Yeni oyunlar al
Telefonunuza yeni oyunlar yükləmək və onları quraşdırmaq üçün Oyun mağazası veb-

ünvanına daxil olun.
1. Vurun: Oyunlar > Oyun mağazası.

2. Seçimə baxın və istədiyiniz oyuna toxunun.

3. Pulsuz oyun yükləmək üçün Quraşdır vurun.

4. Oyunu pulsuz sınaqdan keçirmək üçün Cəhd et vurun.

5. Oyunu satın almaq üçün Al vurun.

İşarə:Oyunu silmək üçün başlama ekranında sola proqramlar menyusunun üzərinə çəkin,

oyuna vurub saxlayın, Quraş-ı ləğv et seçiminə vurun.

Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən

asılıdır.
Uşaqların nəyi yükləyə biləcəyini seçmək

Uşağınızda Windows Phone 8.1 varsa, siz onların oyun və proqram yükləmələri və

parametrlərini idarə etmək üçün Ailəm veb-saytından istifadə edə bilərsiniz. Ailəmi

quraşdırmaq üçün https://www.windowsphone.com/family keçin, öz və uşağınızın poçt

ünvanı və parolu ilə Microsoft hesabına daxil olun və təlimatlara əməl edin.
Siz Mənim ailəm veb-saytında Mənim ailəmə başqa bir valideyn əlavə edə bilərsiniz. Hər iki

valideyn uşaqların parametrlərini idarə edə bilir, lakin bir-birlərinin parametrlərini dəyişə

bilməzlər.
Uşağınızın hansı oyun səviyyələrini görə və hansı proqram və oyunları yükləyə bilməsini seçə

bilərsiniz. Mənim ailəm hesabınıza daxil olun və uşağınız üçün parametrləri dəyişdirin. Siz

həmçinin uşağınızın hər hansı proqramları və ya oyunları yükləməsinə mane ola bilərsiniz.
Uşağınızın 12 yaşı varsa və ya daha kiçikdirsə, yetkin şəxs olduğunuzu sübut etmək üçün

düzgün kredit kartı məlumatları əlavə etməlisiniz. Kredit kartınızdan heç bir məbləğ çıxılmır və

kredit kartınızın nömrəsi saxlanmır. Yetkinlik yaşı ölkə və regiona görə fəqlənir.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Xüsusiyyət və xidmətin mövcudluğuna dair

əlavə məlumat üçün www.windowsphone.com ünvanında Qaydalar bölməsinə baxın.
Proqramların və oyunların mövcudluğu uşağınızın yaşından asılı ola bilər.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

111