Nokia Lumia 630 - Microsoft hesabını yaratmaq

background image

Microsoft hesabını yaratmaq
Həyatınıza rəng qatın və telefonunuzdan daha çox faydalanın – Microsoft hesabı yaradın.

Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabı yaratmırsınızsa, siz həmişə onu sonradan edə

bilərsiniz.

Əgər artıq Xbox Live.com, Hotmail.com və ya Outlook.com hesabınız varsa, yaxud Surface

planşeti və ya Windows kompyuterində Microsoft hesabı yaratmısınızsa, yenisini

yaratmağınıza ehtiyac yoxdur, sadəcə olaraq həmin hesab üçün nəzərdə tutulmuş istifadəçi

adı və parolla daxil olun. Əgər hələ Microsoft hesabınız yoxdursa, onu telefonunuzla yarada

bilərsiniz.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > E-poçt

+Hesablar > Hesab əlavə edin toxunun.

2. Vurun: Microsoft hesabı.

3. Microsoft hesabınızı yaradın.
Telefonunuza əlavə etdiyiniz Microsoft hesabı üçün identifikasiya göstəricilərini xatırladığınıza

əmin olun.
4. Hesab təfərrüatlarınızı doldurun.

5. Telefon nömrəsi və ya alternativ poçt ünvanını daxil edin. Onlardan birdəfəlik təsdiqləmə

kodunu göndərmək və verilənlərinizi qorumaq üçün istifadə olunur.

6. Birdəfəlik təsdiqləmə kodunu necə almaq istədiyinizi seçin.

7. Soruşularsa, telefon nömrəniz və ya poçt ünvanınızın son 4 rəqəmini daxil edin.

8. Kodu alandan sonra onu daxil edin və məlumatlarınızın ehtiyat nüsxəsini çıxarmağa və

telefonunuzdan istifadə etməyə hazır olacaqsınız.
Siz həm də www.live.com-da hesabınızı yarada və ya idarə edə bilərsiniz.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

29